Kəlbəcər rayon Mərkəzi kitabxanası

Kəlbəcər rayon
Xəbərlər
20 Oktyabr , 2015

Gəncə şəhərində Mədəniyyət və Turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə kitabxanaçıların Gəncə-Qazax zonası üzrə müşavirəsi keçiriləcəkdir.
Müşavirə 2015-ci ilin 21 oktyabr tarixində, saat 12:00-da Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində öz işinə başlayacaqdır.
Müşavirədə kitabxanaların rolu, inkişaf perspektivləri, Mərkəzləşdirilmiş Elektron Kitabxana-İnformasiya Sistemindən (ALİSA) istifadə zamanı mütəxəssislər tərəfindən müşahidə edilən problemlər və onların həlli məsələləri müzakirə olunacaq.
Eyni zamanda kitabxana mütəxəssisləri tərəfindən müvafiq sahəyə dair müxtəlif mövzularda fikir və təcrübə mübadiləsi aparılacaqdır.