Kəlbəcər rayon Mərkəzi kitabxanası

Kəlbəcər rayon
Tədbirlər
17 Noyabr , 2016

17 Noyabr 2016-cı il tarixdə Kəlbəcər rayon Mərkəzi Kitabxanasında  Milli Dirçəliş Günü münasibəti ilə“Milli dirçəliş yolu milli birlikdən keçir”mövzusunda tədbir keçirildi.Tədbirdə Oxu zalının müdiri  Həbibullayeva Mehriban  Azərbaycan xalqı uzun illər arzusunda olduğu müstəqilliyiə qovuşmaq üçün öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar naminə birlik və bərabərliyini bir daha bütün dünyaya nümayiş etdirrməsini tədbir iştirakcılarının nəzərinə catdırdı. Daha sonra isə MKS-nin metodisti Mamedova Gülnarə mövzu ilə bağlı cıxışında bildirdi ki, 17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günü” kimi qeyd edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizmini və terrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır.Tədbirdə 9  nömrəli tam orta məktəbin ibtidai sinif müəlliməsi Əsədova Vüsalə bu il müstəqilliyinin 25 illiyini qeyd etdiyimiz Azərbaycanın çoxsaylı şəhidlər verdiyini iştirakçıların diqqətinə çatdırdı. Gənclərimizə tariximizi daha dərindən öyrənməyi tövsiyyə etdi. O qeyd etdi ki, gənclərimizdə vətənpərvərlik tərbiyəsi yüksək səviyyədə inkişaf etmişdir.Tədbirin sonunda şagirdlər  hazırladıqları kompazisiyanı təqdim etdi.

Sonunda Kəlbəcər rayon Mədəniyyət və Turizm şöbəsinin  məsləhətçisi Nürəddin Həsənov çıxış edərək tədbirin təşkilatçılarına, 9 nömrəli tam orta məktəbi direktoruQarayev Əlzamin, məktəbin müəllimvə şagird kollektivinə tədbirdə iştirak etdikləri üçün dərin minnətdarlığını bildirdi.