Kəlbəcər rayon Mərkəzi kitabxanası

Kəlbəcər rayon
Tədbirlər
12 Dekabr , 2017

Kəlbəcər rayon MKS-də  ümummilli lider Heydər Əliyevin  vəfatının 14-cü ildönümü ilə əlaqədar tədbir keçirildi

Kəlbəcər rayon Mədəniyyət və Turizm şöbəsinin baş məsləhətisi Hacı Əmrahov tədbirdə ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısında xidmətlərindən, ölkənin inkişafına göstərdiyi diqqət və qayğıdan danışılıb.

Oxu Zal müdiri Mehriban Həbubullayeva Neftlə bağlı ümummilli lider Heydər Əliyevin iştirak etdiyi iclaslara Geologiya İnstitutunun direktoru kimi qatıldığını xatırladan Akif Əlizadə hələ o zamanlar Ulu öndər tərəfindən Azərbaycan neftinin idarəedilməsinə dair səsləndirilən fikirlərin düşünülmüş addım olduğunu bildirib.

Anım tədbirindəMKS-in direktoru Sadiqə Quliyeva  çıxış edərək Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş Ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib. Ulu öndərin elmi-ideoloji mühitlə bağlı gördüyü işlərdən danışan kitabxanaçı Sevinc Mirzəyeva azərbaycançılıq ideologiyasının, bu konseptual vəzifənin məhz ümummilli lider Heydər Əliyevin adıyla bağlı olduğunu qeyd edib, azərbaycançılığın milli ideyadan dövlət ideologiyası səviyyəsinə qaldırılmasının onun əvəzsiz xidmətlərindən olduğunu bildirib.

 

Tədbirin sonunda iştrakçılar Umummillider Heydər Əliyevə həsr olunmuş kitab sərgisi ilə tanış oldular.